“Macəra Yaxındadır” kampaniyasına maraq artmaqdadır

25/09/2020

 

 Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşəbbüsü və təşkilatçılığı ilə ölkədaxili turizmi inkişaf etdirmək, regionların turizm potensialını tanıtmaq məqsədilə “Macəra Yaxındadır” adlı təbliğat kampaniyasına vətəndaşlar tərəfindən böyük maraq göstərilir.

 

Kampaniya dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, inkişafını və fəallaşmasını təmin etməklə, eləcə də yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə turizm sənayesinə dəstək verməyə yönəlib.  

 

Kampaniya çərçivəsində turizm şirkətlərinin və hotellərin irəli sürdüyü xüsusi endirimli turizm xidmətləri və ya turizm paketlərindən ibarət təkliflər vahid platformada - www.macerayaxindadir.az saytında yerləşdirilir.

 

“Bir çox maraqlı turizm təklifini bir yerdə toplayan “Macəra Yaxındadır” kampaniyasının məqsədi Azərbaycanda yaşayan insanların öz ölkələrinin bənzərsiz səyahət imkanlarından yararlanması, turizm sənayesinin isə bundan bəhrələnməsi üçün dəstək verməkdən ibarətdir”, – deyə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib.

 

Qeyd edək ki, kampaniyanın veb-səhifəsində qeyd olunan anket formasını doldurmuş və Azərbaycan Turizm Bürosu ilə müəyyən müddəalar və şərtlər əsasında müqavilə bağlamış yerli şirkətlər və hotellər kampaniyanın tərəfdaşı kimi öz təkliflərini veb səhifədə yerləşdirə bilərlər.

 

                                  ""_""_""_""_""_""_""_""_""_"""_""_""_""_""_""_""_"""_""_""_"""_"""_"""_"""_"""_"""_

 

Граждане Азербайджана проявляют большой интерес к кампании «Маджара Йахындады» проводимой по инициативе Государственного Агентства по Туризму и Бюро по Туризму Азербайджана  для развития и пропаганды внутреннего туризма в стране.

 

Кампания направлена на пропаганду, развитие и активизацию внутреннего туризма в стране.  В рамках кампании туристические агентства и отели Азербайджана предлагают специальные скидочные пакеты на платформе сайта - www.macerayaxindadir.az .

 

«Наша цель предоставить гражданам республики массу возможностей путешествия по своей стране, чтобы они могли увидеть все красоты, природу Азербайджана и насладиться отдыхом» отмечает исполнительный директов Бюро по Туризму Азербайджана Флориан Зенгстшмид.

 

Надо отметить, что все местные туристические компании, отели, туристические базы могут заполнить анкету на сайте, заключить договор с Бюро и выставить свои предложения на сайте.

Поделиться на Facebook
Поделиться в Twitter
Поделиться в Google+
Мне Нравится
Please reload

728x90.jpg

 СВЯЖИТЕСЬ С НАМИ: 

Фейсбук: fb.com/turnaztour

Моб.: (+994 51) 310 05 28
Моб.: (+994 77) 316 68 11 (WhatsApp)

Email: turnaz.az@gmail.com

TURNAZ. Все права защищены © 2017-2020

ПИСЬМО В РЕДАКЦИЮ :